Göyərtəsində 79 sərnişinin olduğu təyyarə qalxış zamanı qağayı ilə toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Toqquşmadan sonra “Embraer 170” təyyarəsində güclü silkələnmə başlayıb və heyət hava gəmisini Öskemen hava limanına qaytarıb.
Hadisə nəticəsində mühərrikin dörd pəri zədələnib.
Baş verən insident səbəbindən Novosibirskə olan reys səkkiz saat təxirə salınıb.
Xuraman Etibarlı
İnterpress.az






