Kütləvi məzarlıqların aşkar olunmasından sonra ən çox ehtiyac duyulan məsələ qalıqların şəxsiyyətlərinin daha tez müəyyənləşdirilməsidir.
“İnterpress.az” xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
“Bu sahədə müəyyən qabaqcıl texnologiyalara ehtiyac var. Doğrudur, bizim dövlət qurumları bu yöndə çox ciddi formada iş aparırlar. Amma bununla yanaşı, ölkəmiz mərkəzi ofisi Hollandiyada olan və itkin düşmüş şəxslər üzrə yeganə ixtisaslaşmış beynəlxalq komissiya ilə praktiki əməkdaşlığa başlayıb. Onlar bu yaxınlarda Azərbaycanda oldular və yaxın zamanda bu istiqamətdə hesabat hazırlayacaqlar. Bizim gözləntimiz odur ki, onlar bizi yeni texnologiya ilə təmin etsin”, – o əlavə edib.