Qərbi Afrika ölkələrindən biri olan Qananın Qərb əyalətində Çinin karxanasında baş verən partlayışda 4 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qana Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NADMO) rəsmisi Emmanuel Nyan yerli Citi News telekanalına verdiyi açıqlamada Qərb əyalətinin Anto-Aboso bölgəsində Çin karxanasında partlayış baş verdiyini bildirib. Nyan partlayışda 1-i çinli olmaqla 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, bəzi insanlardan xəbər alınmadığını bildirib. Emmanuel Nyan qeyd edib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib və axtarış-xilasetmə işləri davam edir.