Qaqauziya Rusiyadan müavinət istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Qutsul Putindən region üçün güzəştlər istəyib.
Ötən həftədən Kişinyovla bağlı bir sıra rezonans doğuran bəyanatlar səsləndirən Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul bu gün Rusiyaya işgüzar səfər edib.
Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Qutsul region üçün güzəştlər istəyib və muxtariyyətin üzləşdiyi “təzyiq”dən danışıb.
“Mən Qaqauz muxtariyyətinə mərkəzi hakimiyyətdən gələn təzyiqlərdən danışdım. Rusiya Federasiyasına kənd təsərrüfatı istehsalçıları üçün güzəştli rüsumlar, o cümlədən qaza endirimlər, qazın yaxşı qiymətləri ilə bağlı bir neçə müraciət edilib”, – Qutsul bildirib.
Xuraman Etibarlı
İnterpress.az