“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb.
Viymsi qəsəbəsini təmsil edən komanda yarışı üçüncü yerdə başa vurub.
“Qarabağ” bürünc mükafat uğrunda görüşdə “Tartu Ravens”i 3:0 hesabı ilə məğlub edib. Komandanın qollarına Yuri Dmitrienko və Vitali Kateryunin (2) imza atıblar.
Qeyd edək ki, “Qarabağ”ın sahibi azərbaycanlı iş adamı Emin Munşiyevdir.