Namiq Ağayev: “Qapı-qapı gəzərək sponsorlara nəyisə izah etmək bizləri çox yorur”
Tanınmış rejissor Namiq Ağayev Moderator.az-a açıqlamasında yeni filmin ssenarisinin artıq hazır olduğunu qeyd etdi:

“Qarabağ xanlığı bizim tariximiz, kökümüz, milli kimliyimizin xəbərçisidir. Biz də çalışdıq ki, II Qarabağ döyüşlərində əldə etdiyimiz qələbədən sonra Qarabağın tarixi ilə bağlı “Qarabağ xanlığı” filmini çəkək. Filmin baş ssenaristi Xəqani Əliyev maraqlı bir film ssenarisi yazıb. Filmin ssenarisi isə onun əsas qayəsini təşkil edir. Biz bu film yüksək səviyyədə , keyfiyyətli şəkildə ərsəyə gətirmək istəyirik. Qapı-qapı gəzərək sponsorlara nəyisə izah etmək bizləri çox yorur. Biz o qapı, koridor bicliklərini edə bilmirik, bir az qürurluyuq”
N.Ağayev filmi ərəsəyə gətirmək üçün səlahiyyətli qurumlara da müraciət etdi:
“Buradan bu işdə bizə yardımçı ola biləcək təşkilatlara səslənirik. Milli Məclisin Mədəniyət komitəsindən tutmuş, Mədəniyyət Nazirliyinə qədər hər kəsə müraciət edirik. Dövlətin tarix ilə bağlı flm çəkirik, ssenari hazırlayıb sizə müraciət edirik, ancaq baxmırsınız və oxumursunuz. Buradan yenidən onlara müraciət edirik. Aidiyyatı qurumların hər birini dəvət edək, ssnearini təqdim edib, müzakirə edək, elə oradaca bu mövzu ilə bağlı bir qərar verilsin. Heç olmasa Qarabağ xanlığının çəkilişinə indidən başlasaq gələn ilin sentyabr ayına filmi təqdim etmək olar”.
Rejissor filmin əsas qəhrəmanı Qarabağ xanı Pənahəli xanın Azərbaycan tarixindəki yerindən bəhs edəərk Qrabağın abadlıq, yenidənqurma işlərində müstəsna xidmətinin olduğunu vurğuladı.