Balaşixada güclü qar yağışı fəsadlar törədib.
İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Moskva vilayətinin Balaşixa şəhərində güclü qar yağışı xoşagəlməz hadisələrə səbəb olub.
Şəhərdə qar ağırlığına dözməyən ağacların aşması nəticəsində azı iki nəfər xəsarət alıb.
Məlumata görə, “Jelezniçnı” mikrorayonunda ağac yoldan keçən qızın üzərinə aşıb. Xəsarət alan gənc qız üçün dərhal təcili tibbi yardım briqadası çağırılıb.
Digər bir insident isə Entuziastlar şosesində qeydə alınıb. Piyada yolunda hərəkət edən kişinin üzərinə ağac budaqları aşıb. Xəsarət alan kişi hadisə yerini axsayaraq tərk edib.
Xuraman Etibarlı
İnterpress.az






