Qaxda həyətində narkotik becərən şəxs tutuldu – FOTObackend

Qaxda həyətində narkotik becərən şəxs tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhər sakini, 57 yaşlı Hikmət Dəmirçiyev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman tərəvəz bitkiləri əkilən ərazidə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 26 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Qax Rayon Polis Şöbəsində H.Dəmirçiyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə başlanılıb, istintaq aparılır.