Qaz və yanacaq daşıyan daha 7 yük maşını Qəzza zolağına gedibbackend

Qaz və yanacaq daşıyan daha 7 yük maşını Qəzza zolağına gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münaqişədə “humanitar fasilə” üçün İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində blokadada olan Qəzza zolağına qaz və yanacaq daşıyan daha 7 yük maşınının gəldiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəzza zolağı ilə Misir arasındakı Rəfah Sərhəd Qapısının media direktoru Vail Əbu Muhsin “humanitar fasilə” prosesi çərçivəsində bölgəyə çatan yardımlar barədə məlumat verib.

Əbu Muhsin yardım daşıyan 200 yük maşınının bu gün Qəzza zolağına daxil olacağını, o cümlədən 7 yük maşınının qaz və yanacaq daşıdığını bildirib.

Yardımın qaz yüklü 4, 150 min litr dizel yüklü 3 yük maşını ilə su, qida və dərmandan ibarət olduğunu vurğulayan Əbu Muhsin, bugünkü 200 TIR ilə Qəzza zolağına yardım aparan TIR sayının artdığını bildirib.

İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük “humanitar fasilə” ilə bağlı razılaşma 24 noyabr Cümə günü saat 07:00-da (Türkiyə vaxtı ilə 08:00) başlayıb.

HƏMAS elan etmişdi ki, “humanitar axtarış” çərçivəsində Qəzzanın bütün bölgələrinə çatdırılmaq üçün gündəlik 200 yardım maşını və 4 yanacaq tankerinin daxil olması, eləcə də əsirlərin dəyişdirilməsi daxildir. Qətər noyabrın 27-də HƏMAS və İsrail arasında vasitəçilik səyləri nəticəsində “humanitar fasilənin” 2 gün daha uzadıldığını açıqlayıb.