Qazaxıstan 2023-cü ilin sonuna qədər Almaniyaya ən azı 890 min ton neft ixrac edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qazaxıstan Milli Neft və Qaz Şirkətinin (KazMunayQaz) verdiyi açıqlamaya görə, şirkətin idarə heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyada təmaslar aparıb.
Mirzəqaliyev burada keçirilən görüşdə Almaniya Prezidenti Frank Valter Ştaynmayerin iyun ayında Qazaxıstanın paytaxtı Astanada rəsmi səfəri çərçivəsində iki ölkə arasında xam neftin tədarükünə dair müqavilənin imzalandığını xatırladıb və deyib: “2023-cü ildə Almaniyaya tədarük edəcəyimiz neftin ümumi həcmi ən azı 890 neftdir. Biz min tona çatmağı planlaşdırırıq”.
Bundan başqa, Mirzəqaliyev Qazaxıstanın bu ilin ilk 7 ayında Drujba neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac etdiyini açıqlayıb.
Danışıqlar zamanı Almaniya tərəfi Qazaxıstandan tədarük olunan neftin həcmini artırmaq əzmində olduqlarını təsdiqləyib.