Qazaxıstan Senatının sədri: “Ukraynadakı münaqişə ilə bağlı mövqeyimiz həmişə birmənalıdır”backend

Qazaxıstan Senatının sədri: “Ukraynadakı münaqişə ilə bağlı mövqeyimiz həmişə birmənalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı münaqişə ilə bağlı mövqeyimiz həmişə birmənalıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Senatının sədri Maulen Aşimbayev bildirib.

“Qazaxıstanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi aydındır, formalaşdırılıb, ölkə rəhbərliyi tərəfindən dəfələrlə səsləndirilib. Bz hesab edirik ki, hazırda Ukraynada qan tökülməsini dayandırmaq çox vacibdir. Burada bizim mövqeyimizdəki qeyri-müəyyənlik haradadır? Biz həmişə bu barədə danışırıq”, – Aşimbayev deyib.

O əlavə edib ki, Qazaxıstan Rusiya Federasiyası ilə Ukrayna arasında sülh danışıqlarının aparılmasına yardım etməyə hazırdır.

Mayın 25-də Ukrayna Prezidenti Zelenski Mərkəzi Asiya mediasına verdiyi ilk müsahibəsində qeyd edib ki, region ölkələrinin başçıları müharibədə bitərəf mövqe tutsalar da, “Kremldən qorxduqlarına görə Rusiya Federasiyasına daha çox meyllidirlər”.

Xuraman Etibarlı

İnterpress.az