Qazaxıstan ərazisinə Ukraynaya məxsus PUA düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Aktobe vilayətində, Rusiya ilə sərhədin yaxınlığında düşüb.
Hadisənin bu gün Ukrayna qüvvələri tərəfindən hücuma məruz qaldığı bildirilən Orsk şəhəri yaxınlığında baş verdiyi qeyd olunur.
Yerli sakinlərin sözlərinə görə, onlar birbaşa sərhəddə yerləşən Alimbetovka kəndi yaxınlığında PUA-nın qalıqlarını görüblər.
Məlumata görə, yerli vaxtla səhər saat 08:30 radələrində kənd sakinləri ağır bir cismin yerə çırpılmasından yaranan güclü gurultu səsi eşidiblər.
Hazırda hadisə yerinə Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






