Qazaxıstan və Özbəkistan birgə təlimlər keçiribbackend

Qazaxıstan və Özbəkistan birgə təlimlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və Özbəkistanın hərbi birləşmələri terrorçu ünsürlərə qarşı birgə təlim keçirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qazaxıstan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, iki ölkə arasında “Kəncər-2023” xüsusi əməliyyat təliminin ikinci mərhələsi keçirilib.

Hər iki ölkənin müdafiə nazirləri Qazaxıstanın Xəzər dənizi sahilində, Manqistau vilayətinin sərhədlərində keçirilən təlimi izləyiblər.

Təlim ssenarisinə əsasən, Qazaxıstan və Özbəkistan hərbi birləşmələri bölgədə fəaliyyət göstərən beynəlxalq terror təşkilatının ünsürlərinə qarşı birgə əməliyyat keçirib.

Mərkəzi Asiyada hərbi təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan təlimdə Mi-8, Mİ-35 helikopterləri, SU-30SM təyyarələri və Skylark 1LEX pilotsuz uçuş aparatları ilə yanaşı çoxlu sayda piyada döyüş maşını, artilleriya və zenit sistemlərindən istifadə edilib.

Ayın əvvəlində Özbəkistanda birgə təlimin birinci mərhələsi keçirilib.