Qazaxıstanda Böyük Qələbənin 80 illiyi ilə bağlı tədbirlərə start verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstanda Böyük Vətən Müharibəsində Qələbənin ildönümü şərəfinə 2 mindən çox mədəni tədbir keçiriləcək. Onların bir çoxu Rusiya ilə birgə layihələrdir.
Tarixə və dostluğa xüsusi diqqət yetirilir: birgə tədbirlər, Aliyə Moldaqulovanın və adları hər iki ölkənin tarixinə əbədi həkk olunmuş digər qəhrəmanların xatirəs yad edilir.
Qarşıda iki ölkəni daha gərgin proqram gözləyir. Bu proqram iki paradla başa çatacaq. Mayın 7-də Astanada parad keçiriləcək, mayın 9-da isə Qazaxıstan prezidenti Moskvanın Qırmızı Meydandakı bayram tədbirinə qatılacaq.
Xuraman Etibarlı
İnterpress.az