Qazaxıstanda yanacaq mafiyası İFŞA OLUNDUbackend

Qazaxıstanda yanacaq mafiyası İFŞA OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstandan 15 milyon dollarlıq yanacaq qaçaqmalçılığı üzə çıxib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. DİN son aylarda neft məhsullarının qanunsuz çıxarılmasına qarşı əməliyyatların nəticələrini açıqlayıb.

Nazirliyin məlumatına görə, oktyabr–noyabr aylarında neft məhsullarının oğurlanması, qanunsuz daşınması və ölkədən çıxarılması ilə bağlı bir neçə cinayət işi üzrə əməliyyatlar keçirilib. Nəticədə bu işlərdə əli olan şəxslər saxlanılıb.

Axtarışlar zamanı şübhəlilərin yaşayış yerlərindən və müəssisələrdən təxminən 400 ton yanacaq, həmçinin odlu və qaz silahları, eləcə də qanunsuzluğu təsdiqləyən sənədlər götürülüb.

Digər iş üzrə isə Qazaxıstandan 30 min tondan çox yanacağın qanunsuz olaraq ölkədən çıxarıldığı və bunun ümumi dəyərinin təxminən 8 milyard tenge (15 milyon dollar) olduğu müəyyən edilib.

Hazırda bütün faktlarla bağlı istintaq davam etdirilir, müvafiq ekspertizalar təyin olunub.

Xuraman Etibarlı

İnterpress.az