Qazaxıstanın hərbi idarələrində kadr dəyişiklikləri aparılıb. Hərbi Hava Qüvvələrinə yeni komandir təyin edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası yazıb.
Qazaxıstan Hərbi Hava Qüvvələrinin yeni komandanı Askar İzbasov təyin edilib.
Müvafiq sərəncamı prezident Tokayev imzalayıb. O, bu vəzifədə 2022-ci ildən Hərbi Hava Qüvvələrinə rəhbərlik edən Ruslan Kunurovu əvəzləyib.
Bundan əlavə, digər sərəncama əsasən, Bakıtbek Sıdıkov respublika Müdafiə Nazirliyinin rəis müavini vəzifəsindən azad edilib. 2023-cü ildən o, silah və hərbi texnikaya cavabdehdir.
Xuraman Etibarlı
İnterpress.az