QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana keçib, Sahibə Qafarovaya “Şərəf” medalı təqdim edilibbackend

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana keçib, Sahibə Qafarovaya “Şərəf” medalı təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib.

Bununla bağlı Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova Assambleyanın Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib.

O sədrliyi həmkarı, Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovaya təhvil verdiyini deyib.

N.Kiselova vurğulayıb ki, Bolqarıstan həm daxildə, həm də hüdudlarından kənarda ətraf mühitin, regional əməkdaşlığın qorunmasına xidmət edəcək: “Biz regional əməkdaşlığı gücləndirmək üçün səylərimizi ikiqat artırmalıyıq”.

Daha sonra o, Sahibə Qafarovaya “Şərəf” medalını təqdim edib.