“Qəbələ” baş məşqçisi ilə müqavilənin müddətini uzadıbbackend

“Qəbələ” baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

Əyalət təmsilçisinin Mətbuat Xidmətindən verilən məlumata görə, 42 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar”da çalışacaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022-2023-cü illər mövsümünün sonunadək olan dövrü əhatə edəcək.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.