Qəlyan restoran sahibinə baha başa gəldi: İş məhkəməyə göndərildibackend

Qəlyan restoran sahibinə baha başa gəldi: İş məhkəməyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə İnterrpess.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərək “Mayak” və “Armudluq” restoranlarında xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkarlanıb.

Xüsusi karantin rejimi qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.