ABŞ və Aİ Ukraynaya göndərilən vəsaitlərin hara itdiyini araşdırmaq üçün “Mossad”ın keçmiş əməkdaşını cəlb ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Intelligence Online” nəşri məlumat yayıb.
Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukraynaya maliyyə köməyi çərçivəsində ayrılan, lakin sonradan izsiz itən milyonlarla dolların taleyini aydınlaşdırmaq üçün xüsusi əməliyyata başlayıblar.
Məlumata görə, Qərb tərəfdaşları bu məqsədlə İsrailin xüsusi xidmət organı olan “Mossad”ın keçmiş əməkdaşının xidmətlərindən istifadə etmək qərarına gəliblər.
Ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və korrupsiya mexanizmləri vasitəsilə mənimsənilməsi şübhələri Qərbdə ciddi narahatlıq doğurub.
Keçmiş kəşfiyyatçının maliyyə axınlarını izləmək, itmiş vəsaitlərin dəqiq hara yönləndirildiyini müəyyənləşdirmək və korrupsiya zəncirini ifşa etmək üçün müstəqil təhqiqat apardığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






