“Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq” – Politoloqbackend

“Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Ermənistan karqolara və insanlara nəzarət etmək istəsə, Azərbaycan da Laçın dəhlizində gömrük postu açacaq”.

İnterpress.az bildirir ki, bu sözləri dekabrın 14-də Brüsseldə keçirilən görüşdə Ermənistanın Azərbaycanla dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılığı təsdiqləməsi məsələsinə toxunan politoloq Elxan Şahinoğlu deyib.

Politoloq vurğulayıb ki,  Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik:

“Paşinyan Brüsseldə vəd edib ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirəcək. O, bildirib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bu mövzuya NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdən sonra keçirilən mətbuat konfransında  münasibət bildirib ki, Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, Azərbaycan da Laçın dəhlizində gömrük postu açacaq.

Beləliklə, Qərbi Zəngəzurda maneəsiz keçid mümkün olmayacaq. Ancaq bu narahatlıq üçün əsas olmamalıdır. Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipini dəstəkləyib. Bu, sərhəddə yoxlama deməkdir. Zəngəzur dəhlizində yoxlama bizə əsas verir ki, eyni yoxlamanı bizə də Ermənistanla sərhədin Laçın hissəsində həyata keçirək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel qeyd edib ki, sərhədlərin demarkasiyası və delimitasiyasına dəstək üçün ekspertlər (məsləhətçilər qrupu) təqdim edəcək. Yaxşı təklifdir, sadəcə gərək sərhədləri müəyyənləşdirən komissiya yaransın ki, bundan sonra maraqlı tərəflərin iştirakı təmin olunsun. Sərhəd məsələsində Ermənistandan səs çıxmır. Beləliklə, görüşlər və müzakirələr davam edir. Ancaq müharibədən keçən bir ildə nə tərəflər arasında sülh sazişi imzalanıb, nə kommunikasiya məsələsində irəliləyiş var, nə də sərhədin müəyyənləşməsi məqsədilə ortaq komissiya yaranıb”.

Gülşən