Mariya Zaxarova bildirib ki, Qərbin Kiyevə xərclədiyi milyardlar Ukraynanı Dubaya çevirə bilərdi.
İnterpress.аz xəbər verir ki, Rusiya XİN rəsmisinin bu fikirləri onun “Sputnik” radiosuna verdiyi rəsmi müsahibə zamanı səsləndirilib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrinin Ukrayna böhranına xərclədiyi nəhəng maliyyə vəsaitlərini kəskin tənqid edib.
O, Qərbin Kiyevə ayırdığı milyardlarla dollar sayəsində Ukraynanı növbəti “Dubay”a çevirməyin tamamilə mümkün olduğunu iddia edib.
Zaxarova vurğulayıb ki, Qərb ölkələri dağıntı və məhv etmək üçün hər an asanlıqla yüz milyardlarla vəsait verməyə hazırdırlar:
“Lakin quruculuq işlərinə gəldikdə isə hər dəfə daha çox və daha çox vəsait qoparmaq istəyirlər”.
O, Qərbin maliyyə və hərbi yardımlarının Ukraynada sülhə deyil, yalnız dağıntıların miqyasının artmasına xidmət etdiyini bir daha diqqətə çatdırıb.
Xuraman Etibarlı
İnterpress.аz






