Qətər və Misir Qəzzada 5-7 il müddətinə atəşkəsi nəzərdə tutan müharibəni bitirmək üçün İsrailə yeni plan təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
BBC mənbələrinin bildirdiyinə görə, plana beş ildən yeddi ilə qədər olan atəşkəs, bütün israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi, hərbi əməliyyatlara rəsmi son qoyulması və İsrailin Qəzza zolağından tamamilə çıxarılması daxildir.
HƏMAS Qəzzanın idarəçiliyini milli və regional səviyyədə razılaşdırılacaq istənilən Fələstin orqanına təhvil verməyə hazır olduğunu ifadə edərək cavab verib:
“Bu, Fələstin Muxtariyyəti və ya yeni idarəetmə mexanizmi ola bilər”.
Xuraman Etibarlı
İnterpress.az