Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib, tədris prosesi fasiləsiz davam etdirilir.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb: “Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də bildirilib ki, bu gün paytaxtdakı ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti 90 faizdən yuxarı olub.