Qeyri-Xəzər dövlətlərinin hövzədə hərbi qüvvəsi ola bilməz“ – Lavrovbackend

Qeyri-Xəzər dövlətlərinin hövzədə hərbi qüvvəsi ola bilməz“ – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
  1. İran parlamentinin tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiq edəcəyinə ümidvarıq”.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Xəzərə və xarici dövlətlərin Xəzər regionunun işlərinə qarışması üçün zəmin hazırlamağına gəldikdə, bu gün həmsöhbətlərimizə, dostlarımıza dəfələrlə vurğuladıq ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qısa zamanda qüvvəyə minməsini təmin etmənin vacibdir. Konvensiya istənilən qeyri-Xəzər dövlətinin ihərbi qüvvəsinin Xəzər dənizində olmasını birbaşa qadağan edir. Konvensiya son ratifikasiya sənədi alındığı andan qüvvəyə minəcək “, – deyə nazir İran vəzifədaşı Hüseyin Əmir Abdollahian ilə birgə mətbuat konfransında qeyd edib.

“İndi bu məsələ İran İslam Respublikası parlamentində nəzərdən keçirilir. Ümid edirəm ki, ratifikasiya qərarı qısa  zamanda qəbul ediləcək. Bundan sonra Konvensiya Xəzər dənizində uyğun rejimi təmin edən beynəlxalq hüquqi sənədə çevriləcək”, – deyə Lavrov əlavə edib.

Xatırladaq ki, 2018-ci ilin avqustunda beş Xəzəryanı ölkənin başçısı Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıb.