Qırğızıstan Qazaxıstana Kirov bəndindən su axınını dayandırıbbackend

Qırğızıstan Qazaxıstana Kirov bəndindən su axınını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Talas vilayətindəki Kirov bəndində suyun səviyyəsinin kritik aşağı düşməsi səbəbindən Qazaxıstanın cənub bölgəsinə su axını dayandırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Beləliklə, su tutma həcmi 550 milyon kubmetr olan Kirov bəndində 14 milyon 500 min kubmetr su ölçülüb.

Bu su həcmi keçən illə müqayisədə 92,1 milyon azdır. Bənd 0,7 kubmetr su qəbul edir. Su saniyədə (2022-ci ildə 13 ,7 kubmetr) təşkil edib və su sərfində artım müşahidə edilmir.

Kirov bəndindəki suyun səviyyəsinin peyk üzərindən asanlıqla göründüyü, bənddə qalan suyun balıqların ölməsinin qarşısını almaq üçün istifadə edildiyi bildirilib.