Qırğızıstanla Tacikistan arasında 970 kilometrlik sərhədin mübahisəli 503 kilometrlik hissəsində 101,9 kilometrlik hissə ilə bağlı razılıq əldə olunub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, bu ilin əvvəlindən keçirilən görüşlər və bu günlərdə paytaxt Düşənbədə davam edən görüş zamanı Qırğızıstan-Tacikistan sərhədinin 101,9 kilometrlik hissəsi müəyyən edilib.
28-30 aprel 2021-ci il tarixlərində mübahisəli sərhəd bölgəsində baş vermiş münaqişə səbəbindən Qırğızıstan 21 may 2021-ci il tarixindən sərhəd məsələsi həll olunana qədər Tacikistanla gömrük qapılarını bağlamışdı.
İki ölkə arasında sonuncu münaqişə 2022-ci il sentyabrın 14-də baş verib və hər iki tərəfdən onlarla insan həlak olub.