Qırğızıstanda İŞİD tərəfdarı SAXLANILDIbackend

Qırğızıstanda İŞİD tərəfdarı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda İŞİD tərəfdarı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb.

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) əməkdaşları İŞİD-lə əlaqədə şübhəli bilinən 22 yaşlı Bişkek sakinini saxlayıb.

Məlumata görə, o, internetdə radikal təbliğçilərin təsiri altına düşüb, videogörüntülərdə İŞİD liderinə beyət edib və Suriyaya getməyi planlaşdırıb.

O, həmçinin sosial şəbəkələrdə saxta hesablardan istifadə edərək terrora çağırış edən ekstremist materiallar dərc edib.

Faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az