“Qırmızı bülleten”lə axtarılan hindistanlı narkobaron Türkiyədə ƏLƏ KEÇDİ – FOTObackend

“Qırmızı bülleten”lə axtarılan hindistanlı narkobaron Türkiyədə ƏLƏ KEÇDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpolun “qırmızı bülleten”lə axtardığı hindistanlı narkobaron İstanbulda saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyədə genişmiqyaslı əməliyyat nəticəsində beynəlxalq axtarışda olan daha bir narkobaron yaxalanıb.

İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışa verilən Səlim Dola İstanbuldakı evində saxlanılıb.

Əməliyyat Türkiyə Daxili İşlər Nazirliyi və İstanbul Polisinin Narkotiklərlə Mübarizə Şöbəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.

Xuraman Etibarlı

İnterpress.az