Qonşunun mənzilindəki üfunət qoxusu gəlirsə, məhkəmə yolu ilə təmizlik tələb etmək mümkündür.
İnterpress.az xəbər verir ki, bu barədə M.Kutafin adına Moskva Dövlət Hüquq Universiteti məlumat yayıb.
Mənzildən yayılan xoşagəlməz qoxulara, o cümlədən ev heyvanlarından qaynaqlanan üfunətə görə qonşuları məhkəməyə vermək və onları mənzili dezinfeksiya etməyə məcbur etmək mümkündür.
Bu barədə universitetin ailə və mənzil hüququ kafedrasının müəllimi Paçuliya TASS-a açıqlamasında bildirib.
Ekspert izah edib ki, hər bir mənzil sahibi sanitariya normalarına əməl etmək öhdəliyi daşıyır.
Buna görə də, istər heyvanlardan, istərsə də digər məişət səbəblərindən qaynaqlanan iy-qoxu qonşuların yaşayış hüququnu və komfortunu pozmamalıdır.
Xuraman Etibarlı
İnterpress.az






