Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmə məhkəmə qarşısındabackend

Qubada atasını xüsusi amansızlıqla öldürən yeniyetmə məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda atasını qətlə yetirən gənc barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

İnterpress.az xəbər verir ki, hadisə bu ilin fevral ayında Quba rayonunun Birinci Nügədi kəndində baş verib.

Rusiya vətəndaşı Bəşarət Şükürov yaşadığı evdə oğlu, 2001-ci il təvəllüdlü Mətləb Şükürovla mübahisə edib.

Mübahisə nəticəsində M.Şükürov mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Şükürov saxlanılaraq, istintaqa təhvil verilib.

Artıq cinayət işinin istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

İnterpress.az