Qüdsdə yoldan keçən şəxs rahibəyə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qüdsdə şok yaradan hadisə yaşanıb. Davudun türbəsi (qəbri) ətrafında hərəkət edən 36 yaşlı naməlum şəxs rahibəyə qarşı fiziki zorakılıq göstərib.
Həmin şəxs qadını yerə yıxaraq ona ayaqları ilə zərbələr endirməyə başlayıb.
Hadisəni görən digər şəxslər dərhal müdaxilə edərək rahibəni müdafiə ediblər və hücum edən şəxsi döyüblər.
Tezliklə hadisə yerinə gələn polis təcavüzkarı saxlayıb.
Hazırda polis baş vermiş insidentin irqi zəmində olub-olmadığını və hadisənin dəqiq səbəblərini araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






