Raket mühəndisliyini öyrənmək istəyən 12 yaşlı abituriyent bilikləri ilə heyran qoydubackend

Raket mühəndisliyini öyrənmək istəyən 12 yaşlı abituriyent bilikləri ilə heyran qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Corciya ştatının Texniki İnstitutuna girmək niyyətini açıqlayan 12 yaşlı Kaleb Andersen bilikləri ilə qəbul komissiyasını heyran edib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Andersenin həyat hekayəsi heyrətamizdir: Üç yaşında o, MENSA təşkilatına qəbul olub (Bura IQ-sü Yer sakinlərinin 98 faizindən yüksək olan insanları birləşdirir). 11 yaşında isə o, artıq orta məktəbi bitirib.

“Əslində mən üstün zəkalı deyiləm, sadəcə yeni informasiyanı daha sürətli qəbul edir və yadda saxlayıram”, – deyə balaca vunderkind öz sirrini bölüşüb.

Məlumata görə, uşaq raket mühəndisliyini öyrənmək, təcrübəni isə İlon Maskın yanında keçmək istəyir.

Kalebin valideynləri onun ambisiyalarına şaddırlar və onlara ancaq uşaqda insani keyfiyyətləri tərbiyələndirmək qaldığını bildiriblər.

İnterpress.az