Ramzan Kadırov 20 yaşlı oğluna mühüm VƏZİFƏ VERDİ: Təhsil sahəsi ona TAPŞIRILDIbackend

Ramzan Kadırov 20 yaşlı oğluna mühüm VƏZİFƏ VERDİ: Təhsil sahəsi ona TAPŞIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramzan Kadırov 20 yaşlı oğlunu təhsil üzrə kurator təyin edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti kadr təyinatı ilə diqqət mərkəzinə düşüb. O, 20 yaşlı oğlu Axmat Kadırovu respublikanın təhsil sahəsi üzrə kuratoru təyin edib.

Məlumata görə, gənc Axmat Kadırov bundan sonra bölgənin təhsil sistemindəki fəaliyyətə, bu sahədəki layihələrin icrasına və inkişaf proseslərinə birbaşa nəzarət edəcək.

Qeyd edək ki, Axmat Kadırov bundan əvvəl də Çeçenistanda müxtəlif vəzifələrdə, o cümlədən nazir postunda çalışıb.

Xuraman Etibarlı

İnterpress.az