Stavropolda residivist qadın sürücünü qonşu kəndə gediş haqqını ödəməmək üçün qətlə yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Avtomobildə sərnişinlə qadın sürücü arasında gediş haqqının ödənilməsi üstündə münaqişə baş verib.
Qatil qızın üzərinə hücum edərək onu idman çantasının kəməri ilə boğub, meyitini çaya atıb və avtomobili qaçırmağa cəhd edib.
Lakin qeyri-adi sürüş tərzini görən yol polisi əməkdaşları onu dərhal saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının cəsədini yalnız altı gün sonra, çayın axını boyunca 40 kilometr aşağıda tapıblar.
Qatilin əvvəllər dəfələrlə məhkum olunduğu nəzərə alınaraq, o, xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az






