Reuters: Hizbullah hərbi arsenalını kəsməyi düşünürbackend

Reuters: Hizbullah hərbi arsenalını kəsməyi düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah hərbi arsenalını kəsməyi düşünür.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Hizbullah tamamilə tərksilah etmədən hərbi fəaliyyətini azaltmağı düşünür.

Qeyd olunur ki, təşkilat fevralda Vaşinqtonun dəstəyi ilə Livanda yeni hökumət formalaşdıqdan sonra kəskin maliyyə çatışmazlığı, ABŞ-nin tərksilah tələbləri və siyasi təsir imkanlarının itirilməsi ilə üzləşib.

Livan rəsmisi bildirib ki, Hizbullah yeni strategiya hazırlamaq üçün gizli görüşlər keçirir.

Mənbələr bildirirlər ki, təşkilat İsrail ordusunun qüvvələrini Livanın cənubundan çıxarması və hücumları dayandırması şərti ilə raket və dronlarını Livan ordusuna təhvil verməyi düşünür.

Hizbullah İsrail və Suriyadan gələcək mümkün hücumlara qarşı müdafiə vasitəsi kimi yüngül silahları və tank əleyhinə raketləri saxlamaq niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az