“Reuters”: İran husilərə Yəməndə əsas limanı ələ keçirməyə kömək edibbackend

“Reuters”: İran husilərə Yəməndə əsas limanı ələ keçirməyə kömək edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran husilərin Yəməndə limanı ələ keçirməsinə dəstək verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” İran, Yəmən və regiondakı mənbələrə istinadən məlumat yayıb.

İran silahları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəyi husilərin Yəmən sahillərində sürətli hücumunda, o cümlədən Əl-Muha liman şəhərinin ələ keçirilməsində rol oynayıb. İki İran mənbəsinin məlumatına görə, Tehran ötən həftə husilərə Səudiyyə Ərəbistanına hücumları gücləndirmək barədə göstəriş verib, əlavə maliyyə və silah tədarükü vəd edib. Bir neçə SEPAH komandiri də hücumların koordinasiyası üçün Yəmənə gəlib.

Əl-Muhanın ələ keçirilməsi husilərin dünya ticarətinin ən mühüm marşrutlarından biri olan Bab əl-Məndəb boğazı yaxınlığındakı mövqelərini gücləndirib. Husilərin eyni zamanda Haniş adalarına doğru irəliləməsi gəmiçilik və qlobal enerji təchizatı üçün əlavə risklər yaradır.

Haniş adaları Qırmızı dənizin cənubunda, Bab əl-Məndəb boğazı yaxınlığında yerləşən arxipelaqdır. Adaların böyük hissəsi Yəmənə məxsusdur.

Xuraman Etibarlı

İnterpress.az