Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçiribbackend

Rumıniyada hərbçilər və polis əməkdaşları etiraz aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyada 1 000-ə yaxın ehtiyatda olan hərbi qulluqçu, polis əməkdaşları, cəzaçəkmə müəssisəsinin işçiləri maaş və pensiyaların artırılması tələbi ilə paytaxt Buxarestdə nazirliklərin binaları qarşısında etiraz aksiyası keçirib.

Etiraza həm də parlamentin hazırda müdafiə, hüquq-mühafizə və milli təhlükəsizlik sahələrində pensiyaların azaldılmasını nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarması səbəb olub.

Nümayiş hökumətin, Daxili işlər, Əmək, Maliyyə və Ədliyyə nazirliklərinin binaları qarşısında keçirilib. Nümayişçilər əllərində “Biz sizin bacarıqsızlığınızın quluyuq”, “Biz partiyanı yox, ölkəni müdafiə edirik” və “Sizi müdafiə edənlərə xor baxmayın” şüarları yazılmış plakatlar qaldırıblar.

Aksiya Təqaüdçü Hərbi Birlik və Polis və Müqavilə İşçilərinin Milli Birliyi (SNPPC) tərəfindən təşkil olunub.