“Rus Evi”nin əməkdaşı SAXLANILDIbackend

“Rus Evi”nin əməkdaşı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus Evi”nin əməkdaşı və Oş şəhər administrasiyasının mətbuat xidmətinin nümayəndəsi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb. Məlumata görə, “Rus Evi”nin əməkdaşı Nataliya Sekerina Qırğızıstanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. O, iyunun 17-dək həbs edilib.

Cinayət işi MTN-in İstintaq Baş İdarəsi tərəfindən açılıb.

Bu işdə Oş şəhər administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Sergey Lapuşkin də həbs edilib.

Onlar muzdluları cəlb etməkdə ittiham olunurlar.

Xuraman Etibarlı

İnterpress.az