Rusiya ABŞ-ı törətdiyi cinayətlərə görə cavab verməyə çağırıbbackend

Rusiya ABŞ-ı törətdiyi cinayətlərə görə cavab verməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bir çox ölkələrə və xalqlara qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir.

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, ABŞ-ın bir çox ölkə və insanlara qarşı “dəhşətli cinayətlər” törətdiyini bildirib və Vaşinqtonun törətdiyi cinayətlərə görə cavab verməli olduğunu söyləyib.

Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.

İordaniya-Suriya sərhədində amerikalı əsgərlərin öldürülməsi ilə bağlı sualı cavablandıran Zaharova deyib ki, ABŞ prezidenti Co Bayden bu hücuma cavab verəcəkləri barədə açıqlama verib.