Rusiya Ukrayna ilə dağıdıcı müharibəsi fonunda kosmos tədqiqatlarında aparıcı ölkələr arasında olduğunu dünyaya xatırlatmaq üçün 47 ildən sonra Aya enəcək kiçik tədqiqat stansiyasını işə salıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünən kosmosa çatdırılan avtomobilin avqustun 21-də Ayın Şimal Qütb bölgəsinə enməsi gözlənilir.
47 ildən sonra yeni Rusiyanın tarixində ilk dəfə Ay səthinə enəcək “Luna-25” dünən Yer orbitinə buraxılıb.
“Luna-25” Sibir bölgəsindəki “Vosotçni” kosmodromundan kosmosa buraxılıb.
Rusiya Kosmos Agentliyinin prezidenti Yirey Borisov ölçüləri 1,7 metrə 1,3 metr olan kiçik stansiyanın Ay missiyası ilə bağlı açıqlama verib.
“Hesablamalarımıza görə, stansiya Şimal qütbünə avqustun 21-də enəcək. Stansiya burada fəaliyyətə başladıqdan sonra Ayda SU axtarışına başlayacaq. Müsbət nəticə olarsa, bu, kosmonavtların Ayda uzun müddət qala biləcəyi stansiyanın tikintisinin ilk addımı sayılacaq”, – deyə o bildirib.