Rusiya hərbçiləri nüvə başlıqlı hipersəsli “Avanqard” raketini buraxılış anbarına yerləşdiribbackend

Rusiya hərbçiləri nüvə başlıqlı hipersəsli “Avanqard” raketini buraxılış anbarına yerləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası hipersəsli “Avanqard” raketinin Orenburq vilayətindəki buraxılış anbarına yerləşdirildiyini bildirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada ölkənin cənubundakı Orenburq bölgəsindəki Yasnenskiy raket sahəsində işlərin davam etdiyi qeyd edilib.

Açıqlamada aparılan araşdırmalar çərçivəsində “Avanqard” raketinin sahədəki buraxılış anbarına yerləşdirildiyi və bu addımın Rusiyanın strateji nüvə qüvvələrinin döyüş imkanlarını artıracağı bildirilib.

Nüvə hücum qabiliyyətinə malik olan “Avanqard” qitələrarası raketinin düşmən ölkə müdafiə sistemləri tərəfindən aşkarlana bilməyəcəyi və hava hücumundan müdafiə sistemlərini də asanlıqla aradan qaldıracağı iddia edilir.

Bildirilir ki, hipersonik başlığa malik raket səs sürətindən 20 qat daha yüksək sürətə çata bilir, üstün manevr qabiliyyətinə malikdir və 9 kilometr yüksəklikdə uça bilir.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “Avanqard”ı bəzi yeni strateji silahlar kimi “məğlubedilməz” adlandırıb.