Rusiya İranın parçalanmasından QORXUR: İnvestisiya və layihələr TƏHLÜKƏ ALTINDADIRbackend

Rusiya İranın parçalanmasından QORXUR: İnvestisiya və layihələr TƏHLÜKƏ ALTINDADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İranın nüvə proqramı ilə bağlı saziş bağlamaqda israrlıdır. Çünki Moskvanın iqtisadi maraqlarını təhdid edə biləcək yeni hücum nəticəsində İranın dağılmasından qorxur.

İnterpress.az xəbər verir ki,u barədə Britaniyanın “The Times” nəşri yazıb.

Qeyd olunur ki, Rusiya Federasiyası İrana ən böyük xarici investordur və onun mütəxəssisləri İranın cənubunda Buşəhrdə atom elektrik stansiyasının tikintisində fəal iştirak edirlər.

İranın nüvə alimləri də Rusiyada təhsil alıblar. Bundan əlavə, Rusiyadan Azərbaycan ərazisindən keçməklə İrana qaz kəmərinin çəkilməsi, eləcə də üçüncü ölkələrə tədarükün ixracı üçün qaz qovşağının yaradılması üzrə Moskva layihəsinin həyata keçirilməsi planlaşdırılır.

“Rusiyanın indiki şəraitdə üzləşdiyi əsas problem İranda 2022-ci ildən aktiv şəkildə sərmayə qoyduğu bütün layihələr üçün təhlükədir. Əgər hazırkı hücumlar nəticəsində İran tamamilə qeyri-sabit olarsa, o zaman artıq qoyulmuş sərmayələrlə yanaşı, həm qaz qovşağı, həm də digər daha real layihələr boşa gedəcək”, – Yaxın Şərq və İran məsələləri üzrə Rusiya siyasəti üzrə ekspert Smagin bildirib.

Bundan əvvəl İran və Rusiya rəsmiləri Moskvanın Tehranı nüvə sazişi bağlamaq üçün uranın zənginləşdirilməsindən imtina etməyə çağırması ilə bağlı xəbərləri təkzib etmişdilər.

Xuraman Etibarlı

İnterpress.az