Rusiya kəşfiyyatı: Suriyadakı bazalarımıza terror hücumları hazırlanırbackend

Rusiya kəşfiyyatı: Suriyadakı bazalarımıza terror hücumları hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın Suriyadakı bazalarına terror hücumları hazırlayır.

İnterpress.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.

“Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, ABŞ-nin gedən administrasiyası və Britaniya rəhbərliyi Suriya Prezidenti Bəşər Əsədin devrilməsindən sonra bu ölkədə vəziyyətin sabitləşməsinə imkan verməmək niyyətindədir. Daha geniş mənada, onlar Yaxın Şərqdə xaos vəziyyətini qoruyub saxlamaq məqsədi güdürlər”, – məlumatda qeyd olunub.

Bundan əlavə, qeyd edilib ki, Vaşinqton və London belə şəraitdə öz geosiyasi məqsədlərinə – regionda uzunmüddətli dominantlığını təmin etməyə daha tez nail ola biləcəklərini düşünürlər.

“Buna isə Rusiyanın Suriyanın Aralıq dənizi sahilindəki hərbi iştirakına mane olur ki, bu da hələ də regional sabitliyin mühüm amili kimi çıxış edir”, – məlumatda bildirilib.