Rusiya koronavirusu müalicə edən dərmanın istehsalına başlayırbackend

Rusiya koronavirusu müalicə edən dərmanın istehsalına başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “R-Farm” şirkəti yüngül və orta dərəcəli COVID-19 xəstəliyinin terapiyasında istifadə olunacaq “Koronavir” preparatının qeydiyyatını başa çatdırıb.

Sever-press.ru xəbər verir ki, preparatın istehsalı Sənaye İnkişaf Fondunun dəstəyi ilə “R-Farm” şirkətinin Yaroslavl şəhərindəki müəssisəsində həyata keçiriləcək.

“Koronavir” Rusiyada və dünyada SARS-CoV-2-nin fəsadları ilə deyil, birbaşa virusun özü ilə mübarizə aparan ilk dərman vasitəsi hesab olunur.

Dərmanın yüksək effektivliyi yüngül və orta dərəcəli COVID-19 xəstələri üzərində aparılan klinik tədqiqatlar zamanı öz təsdiqini tapıb.

“R-Farm”ın məlumatına görə, tədqiqatlar “Koronavir”in infeksiyanın müalicəsi üçün ən yaxşı preparat olduğunu sübuta yetirib.

Preparat qeydiyyat şəhadətnaməsini aldıqdan dərhal sonra Moskva, Sankt-Peterburq, Yaroslavl və digər bölgələrin qabaqcıl xəstəxanalarında istifadə ediləcək.

 

 

 

 

 

 

 

Interpress.az