Rusiyada 9 may paradı hərbi texnika olmadan keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyada Qələbənin 81-ci ildönümü şərəfinə keçiriləcək 9 May paradı bu il hərbi texnikanın iştirakı olmadan baş tutacaq.
Məlumata görə, piyada kolonunun tərkibində bütün qoşun növlərinin və xüsusi növ qoşunların ali təhsil müəssisələrinin hərbi qulluqçuları iştirak edəcəklər.
Aviasiya hissəsində isə pilotaj qruplarının təyyarələri və “Su-25” qırıcıları Qırmızı meydanın üzərindən uçuş həyata keçirəcək.
Qeyd olunur ki, Moskvadakı paradın televiziya yayımı zamanı “xüsusi hərbi əməliyyat zonası”nda (SVO) bütün növ və cins qoşunların fəaliyyətini əks etdirən kadrlar nümayiş etdiriləcək.
Rəsmi olaraq təsdiqlənib ki, builki tədbirdə hərbi texnika kolonu yer almayacaq.
Xuraman Etibarlı
İnterpress.az






