Rusiyanın federal poçt operatoru “Rusiya poçtu” Gürcüstana hava yolu ilə birbaşa poçt daşımalarına başlayır.
İnterpress.az xəbər verir ki, bu barədə TASS şirkətin mətbuat xidmətinə istinadən bildirib.
Moskvadan Tbilisiyə bağlamaların hava ilə daşınması mütəmadi olaraq “Azimut” aviaşirkəti tərəfindən həyata keçiriləcək.
Şirkətin dediyinə görə, Gürcüstana ayda 6 milyon ton bağlamanın göndəriləcəyini gözləyirlər. Onların gözləntilərinə görə, iki ölkə arasında bağlamaların göndərilməsi üçün tələb olunan vaxt ən azı 2-3 gün azalacaq.
Nəşr ilk uçuşun nə vaxt planlaşdırıldığını bildirməyib.
Tass-ın məlumatına görə, bundan əvvəl, iyunun əvvəlində poçt şirkəti “Azimut” təyyarəsi ilə Ermənistana bağlamaların daşınmasına başlayıb.
Rusiya Poçtunun Nəqliyyat İdarəetmə Direktorluğuna görə, bağlamaların birbaşa Qafqaz ölkələrinə göndərilməsi həm biznes, həm də fərdi müştərilər üçün perspektivli və “tələb olunan istiqamətdir”.