Rusiya təyyarəsi məktəbə 250 kiloqramlıq bomba salıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, sursat səhər saat 6-da Bıkovka kəndindəki təhsil ocağının damını deşib.
Bomba 3-cü mərtəbədəki ofislərdən birində ilişib. Məktəblilər həmin an evdə olduğundan möcüzə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə polis və ərazi müdafiə qüvvələri gəlib.
Xuraman Etibarlı
İnterpress.az