Uqanda prezidenti Yoveri Museveni Rusiya və Cənubi Koreyanın ölkədə atom elektrik stansiyalarının tikintisinə başlayacağını açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Paytaxt Kampalada 25 Afrika qəhvə istehsal edən ölkənin lider və nümayəndələrinin qatıldığı 2-ci G-25 Afrika Qəhvə Sammitində çıxış edən Museveni, ölkədə tikiləcək atom elektrik stansiyaları ilə bağlı Rusiya və Cənubi Koreya ilə danışıqların davam etdiyini bildirib.
Rusiya və Cənubi Koreyanın 15 min meqavat gücündə 2 nüvə stansiyası inşa edəcəyini qeyd edən Museveni deyib: “Nüvə layihəsi xalqların sosial-iqtisadi inkişaf üçün enerji təhlükəsizliyini necə təmin edəcəkləri ilə məşğul olduqları kritik bir vaxta təsadüf edir”.
İyulun 27-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Zirvə Toplantısında Uqanda ilə Rusiyanın atom elektrik stansiyası layihəsi ilə bağlı müqavilə imzaladığı açıqlanıb.
Yoweri Museveni xalqa etdiyi son müraciətində bildirib ki, ölkənin ölkənin müxtəlif bölgələrinə səpələnmiş çoxlu hidroenergetika potensialı vardır, lakin bu sektorda yeni texnologiyaların tədqiqi üçün daha çox tərəfdaşlığa ehtiyac var.
Nüvə enerjisinin inkişaf etdirilməsi zərurətinə diqqət çəkən Museveni, dəyişən hava şəraitinə diqqət çəkərək, su elektrik enerjisinin artıq etibarlı olmadığını bildirib.
Uqandanın Energetika və Mədən İnkişafı Nazirliyi tərəfindən aparılan araşdırmalar ölkənin şərqində böyük uran yataqlarının aşkarlanmasından sonra ölkənin nüvə enerjisi istehsal etmək potensialına malik olduğunu təsdiqləyib.