Rusiya XİN Kiyevdəki diplomatları təxliyəyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, 9 May Qələbə Günü ərəfəsində Ukrayna tərəfindən törədilə biləcək terror aktları fonunda Rusiya Silahlı Qüvvələrinin cavab zərbələri endirəcəyi gözlənilir.
Bu səbəbdən nazirlik xarici diplomatik nümayəndəliklərə və vətəndaşlara Kiyevi vaxtından əvvəl tərk etməyi tövsiyə edib.
Zaxarova “qərar qəbul etmə mərkəzlərinə” zərbələrin endirilə biləcəyini vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə cavabında Rusiyanı atəşkəs rejimini pozmaqda ittiham edib və yeni hücumlara “güzgüvari” cavab verəcəklərini bəyan edib:
“Rusiya elə bir həddə gəlib çıxıb ki, hətta onların əsas paradları belə bizdən asılıdır. Və bu, aydın bir siqnaldır: bitirməyin vaxtıdır”.
Zelenski bildirib ki, Rusiya Donbas, Xarkov, Dnepropetrovsk, Sumı, Çerniqov, Zaporojye və Xerson vilayətlərinə zərbələr endirməkdə davam edir.
Ukrayna liderinin sözlərinə görə, Kiyevin növbəti qərarları qarşıdakı saatlardakı vəziyyətdən asılı olacaq.

Xuraman Etibarlı
İnterpress.az






